Təcridxanaya heroin keçirmək istədi, alınmadı

Təcridxanaya heroin keçirmək istədi, alınmadı
  05 Dekabr 2018    Oxunub:1650
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Azvision.az xəbər verir ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Məmmədov Rövşən Həzi oğlu müəssisəyə qəbul olunarkən onun üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 5,481 qram olan “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Təcridxana   Heroin  





Xəbər lenti