Masallıda qəza, "Mercedes" yandı

  05 Dekabr 2018    Oxunub : 2230
Masallıda qəza, "Mercedes" yandı
Masallı rayonunun Öncəqala kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Qəza   Yanğın