Milanda Qarabağ danışıqları: Nazirlər bu gün görüşəcəklər

Milanda Qarabağ danışıqları:  Nazirlər bu gün görüşəcəklər
  05 Dekabr 2018    Oxunub:2258
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, XİN rəhbələrinin görüşü ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milanda baş tutacaq.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Azvision.az



Teqlər: XİN   Milan   Məmmədyarov  





Xəbər lenti