İstanbulda ağır yol qəzası - 14 yaralı

İstanbulda ağır yol qəzası -  14 yaralı
  05 Dekabr 2018    Oxunub:4237
İstanbulun Esenyurd səmtində xidməti mikroavtobus qəza törədib.
AzVision.az xəbər verir ki, yağışlı havanın təsirindən sürüşkən yolda idarəetməni itirən sürücü əvvəlcə nəqliyyat vasitəsini ağaca çırpıb, daha sonra isə aşırıb. Qəza nəticəsində 14 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İstanbul   Qəza  





Xəbər lenti