“Azərbaycan 12 ildə çox dəyişib” - Hacıbəylinin nəvəsi

“Azərbaycan 12 ildə çox dəyişib” -  Hacıbəylinin nəvəsi
  05 Dekabr 2018    Oxunub:2767
"Azərbaycana 12 il əvvəl gəlmişdim. Ölkə inkişaf edib, qısa zamanda çox dəyişib"
Azvision.az xəbər verir ki, bunu Ceyhun Hacıbəylinin nəvəsi Benjamin Hacıbəyli Bakıda jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Bakıda çox hündürmərətəbli binalar var və şəhərin mənzərəsi çox ecazkardır.

Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə Azərbaycana səfərindən məmnun olduğunu söyləyib: "Bu səfər çox mənalıdır və ölkənizdə olmaqdan şadam".

Qeyd dək ki, Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəliblər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ceyhun-Hacıbəyli   Nəvə  





Xəbər lenti