“Məmurun ana dilini bilməməsi qəbahətdir” - Əli Həsənov

“Məmurun ana dilini bilməməsi qəbahətdir” -  Əli Həsənov
  05 Dekabr 2018    Oxunub:1790
“Azərbaycanın dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür”
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Həsənov bildirib ki, əlbəttə, Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi informasiya vasitələrində qorunmalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun qəbahətidir:

"Məmur xarici dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura əlavə üstünlük verir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə də aiddir”.

Azvision.az



Teqlər: Əli-Həsənov  





Xəbər lenti