Azərbaycanla Aİ arasında danışıqlar aparılıb
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının davamlı olaraq genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev yeni sazişin hazırlanmasının Azərbaycan Respublikası Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən 2017-ci ildə elan olunduğunu, sazişlə bağlı danışıqların davam etdirildiyini, görüşlərin və videokonfransların təşkil olunduğunu bildirib. İqtisadiyyat naziri Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.
Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin əlaqələrin genişləndirilməsi və yeni ikitərəfli saziş layihəsi barədə fikirlərini bölüşüb, sənədin Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.
Azvision.az
Teqlər: