Təhsil naziri Xırdalanda qəbul keçirəcək

Təhsil naziri Xırdalanda qəbul keçirəcək
  05 Dekabr 2018    Oxunub:2980
Təhsil naziri Ceyhun Bayramov dekabrın 14-də saat 10.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.
Nazirlikdən Azvision.az-a bildirilib ki, qəbulda Abşeron rayonunda və Sumqayıtda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-dən 11-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azvision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti