Təmayül sinifləri ilə bağlı yeni tələb - Azı 15 nəfər olmalıdır

Təmayül sinifləri ilə bağlı yeni tələb -  Azı 15 nəfər olmalıdır
  05 Dekabr 2018    Oxunub:1900
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi qeyd olunub.

Qanun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qeyd edək ki, 9-cu siniflərdən sonra təmayül qruplarının yaradılmasının məqsədi şagirdlərin ali məktəblərə hazırlığına dəstək olmaqdır.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Ümumtəhsil   Təmayül   Məktəb  





Xəbər lenti