Məmmədyarov Milanda həmsədrlərlə görüşür - FOTO

Məmmədyarov Milanda həmsədrlərlə görüşür -  FOTO
  05 Dekabr 2018    Oxunub:2060
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa, Əndrü Sxofer – ABŞ) ilə görüşü başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Tvitter" hesabında məlumat yayıb.

Bildirilib ki, görüş ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Milan şəhərində keçirilr. Danışıqlarda ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir.



Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti