Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr

Azərbaycanla ABŞ arasında hərbi məsləhətləşmələr
  05 Dekabr 2018    Oxunub:1907
Dekabrın 5-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.

Söhbət zamanı regiondakı vəziyyət haqqında qonaqlara ətraflı məlumat verilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyi vurğulanıb.

Azvision.az



Teqlər: ABŞ   MN   Qarabağ  





Xəbər lenti