İlham Əliyev onlara medal və fəxri ad verdi

  05 Dekabr 2018    Oxunub : 923
İlham Əliyev onlara medal və fəxri ad verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Cəfərov Nazim Kazım oğlu
Rüstəmov Rəşad Keykavuz oğlu
Səfərov Rizvan Ziyanur oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Həsənova Sahibə Məzahir qızı
Qasımov İsa Vəli oğlu
Mehyəddinov Ənvər Əlistan oğlu
Məmmədova Firuzə Novruz qızı
Pirmətov Fərhad Veysəl oğlu
Vəlibəyli Sevinc Mürsəl qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Novruz Qulu oğlu
Naibov Vidadi Vaqif oğlu.

Azvision.az

Teqlər: İlham-Əliyev