Şirvanda Vəkillər Kollegiyasına yer ayrılıb

Şirvanda Vəkillər Kollegiyasına yer ayrılıb
  05 Dekabr 2018    Oxunub:2385
Azərbaycan Nazirlər Kabineti Şirvan Şəhər İcra Hakimiyyətinin balansında olan qeyri-yaşayış sahəsini Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verib.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamla İcra Hakimiyyətinin balansında olan, Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi, 12 ünvanında yerləşən dördmərtəbəli inzibati binanın birinci mərtəbəsindəki 188.7 kvadratmetr qeyri-yaşayış sahəsi Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə regionlarda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılıb.

Azvision.az


Teqlər: Şirvan   Vəkil  





Xəbər lenti