Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə - FOTOLAR

Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə -  FOTOLAR
  05 Dekabr 2018    Oxunub:2281
Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.



Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub. Səfər davam edir.




Azvision.az




Teqlər: HHQ   MN   Türkiyə  





Xəbər lenti