Salyanda yol qəzası, ölən var

Salyanda yol qəzası,  ölən var
  05 Dekabr 2018    Oxunub:3013
Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Azvision.az- a verilən məlumata görə, dekabrın 4-də saat 9 radələrində Salyan şəhərinin ərazisində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Emin Eminovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə P.Quliyevin sərnişinlərindən Lerik rayon sakini Adil Diniyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Salyan  





Xəbər lenti