Komitədən cavab: “G” hərfi “gömrük” mənasını vermir

 Komitədən cavab:  “G” hərfi “gömrük” mənasını vermir
  05 Dekabr 2018    Oxunub:3202
“Dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb”.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömkrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, videonu lentə alan və yayımlayan şəxs siqaret qutusunun aksiz markasının “GU” hərflərindən ibarət seriyasındakı G hərfinin gömrük mənasını verdiyini iddia edir və müsadirə edilən siqaretin guya gömrük orqanları tərəfindən qeyri-qanuni yolla satışının təşkil olunduğuna eyham vurur.

“Videoda əks olunan siqaret qutusunun üzərindəki “G” hərfi “gömrük” mənasını vermir və aksiz markasının seriyasıdır. Üstəlik bu Azərbaycan əlifbasindakı hərflərdən hər hansı biri də ola bilər.

Onu da qeyd edək ki, gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir”, - deyə məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: DGK   Siqaret  





Xəbər lenti