Fransadakı kütləvi etirazlar Tehrana çatdı

  05 Dekabr 2018    Oxunub : 703
 Fransadakı kütləvi etirazlar Tehrana çatdı
Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.

Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.

Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişlər arasında yaralananlar və həbs olunanlar var.

Azvision.az

Teqlər: Fransa   Tehran   Etiraz