Məmmədyarovun erməni nazirlə 3 saatlıq görüşü - Yenilənib

 Məmmədyarovun erməni nazirlə 3 saatlıq görüşü -  Yenilənib
  06 Dekabr 2018    Oxunub:3815
Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb.

***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, XİN rəhbələrinin görüşü ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milan şəhərində keçirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti