RƏSMİ: “Bal-E” raketlərinin alınması üçün Rusiya ilə danışıqlar aparılmayıb

 RƏSMİ:  “Bal-E” raketlərinin alınması üçün Rusiya ilə danışıqlar aparılmayıb
  06 Dekabr 2018    Oxunub:2824
Azərbaycanın Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.
Nazirlikdən Azvision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu barədə heç bir rəsmi danışıq aparılmayıb:

“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti