Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır

  06 Dekabr 2018    Oxunub : 499
Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır
Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az-a verilən məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "Asan Xidmət" mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq .

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - deyə məlumatda vurğulanıb.

Azvision.az

Teqlər: AAYDA   Yol