Müdafiə naziri döyüş hazırlığını yoxladı - FOTOLAR+ VİDEO
Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqlarını məşq etdirən şəxsi heyətlə görüşən Müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb, bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.
Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən nazir yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb. Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.
Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.
Azvision.az
Teqlər: MN Cəbhə Döyüş-hazırlığı