Azərbaycan “İsgəndər” və “S-400”dən üstün raketlər almağa hazırlaşır

Azərbaycan “İsgəndər” və “S-400”dən üstün raketlər almağa hazırlaşır
  06 Dekabr 2018    Oxunub:18581
"Azərbaycanla Fransa arasında hava hücumundan müdafi sistemlərinin və dəniz silahlarının alqı-satqısına dair görüşmələrə 2014-cü ildə başlanılıb. Bu, böyük həcmli proqramdır. Əgər imzalanarsa, Azərbaycan tarixinin ən böyük satınalma layihəsi olacaq".
Bu barədə Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov bildirib. Onun sözlərinə görə, proqramda Fransanın “MBDA Systems” şirkətinin Azərbaycana 2 istiqamət üzrə raket texnologiyası satması nəzərdə tutulur.



"Bunlardan birincisi hava hücumundan müdafiə sistemidir. Daha dəqiq desək, ASTER 30 SAMP/T zenit-raket kompleksləri və “VL Mica” hava hücumundan müdafiə sistemləridir. Onların radar və idarəetmə sistemləri Fransanın “Thales” şirkətində istehsal olunub. ASTER 30 SAMP/T kompleksi ballistik hədəfləri ələ keçirmək və onları məhv etmək üçün nəzərdə tutulub. Bu, dünyanın ən müasir və mükəmməl hava hücumundan müdafiə sistemlərindən sayılır. Hətta ABŞ-ın bu tip sistemləri ilə rəqabət aparır. ABŞ texnologiyasına alternativ olaraq Avropa konsorsiumu tərəfindən hazırlanıb və Avropa dövlətlərinin hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub. ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə ballistik raketlərə qarşı mübarizə aparır. ASTER 30 SAMP/T sistemi öz imkanlarına görə Rusiyanın “İsgəndər” operativ taktik raketlərinə qarşı mübarizə aparacaq azsaylı sistemlərdən hesab olunur. Həmçinin, Rusiyanın “S-400” komplekslərinin də əsas rəqibidir. Digər istiqamət isə dəniz raket sistemləridir. Hər halda bu sistemlər Hərbi Dəniz Qüvvələrinin yeni alınacaq gəmilərində və sahil müdafiə sistemlərində istifadə olunacaq".



Ekspert qeyd edib ki, bunlar Azərbaycanın indiki şəraitdə daha mükəmməl hava hücumundan müdafiəsini təmin etmək üçün vacibdir. R.Süleymanov diqqətə çatıdırb ki, bu günlərdə mətbuatda “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb. Onun sözlərinə görə, Rusiya “Bal-E” raket sistemlərini sərhəd dövlətlərinin hər hansı birinə satmayıb.

Hərbi ekspert əlavə edib ki, “MBDA Systems” şirkəti sentyabr ayında Bakıda keçirilən hərbi sərgidə özünün ASTER raketini və gəmi silahlanması üçün olan raketlərini maket halında öz stendlərində nümayiş etdirib6 "Eləcə də orada görüşlər keçirilib. “MBDA Systems”in raketləri hal-hazırda “Eurosam” konsorsium tərəfindən istehsal edilir. Şirkət bütün danışıqları bitirdiyini açıqlayıb. Söhbət burada texniki tərəflərdən, lisenziyalardan gedir. Sadəcə Azərbaycanın imza atması qalır".



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Fransa   Raket   Kompleks  





Xəbər lenti