Yevlaxda külli miqdarda narkotik aşkar edilib

 Yevlaxda külli miqdarda narkotik aşkar edilib
  06 Dekabr 2018    Oxunub:3967
Cari ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbirləri qətiyyətlə davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az-a verilən məlumata görə, il ərzində polis əməkdaşları tərəfindən həyata keçirilmiş uğurlu tədbirlər nəticəsində 80 narkotik faktı aşkar edilib. Aşkar edilmiş 80 faktdan 16-nı satış, 4-nü əkin, 60-nı isə saxlama faktı təşkil edib.

Ümumilikdə çəkisi 8 kq 267 qr qurudulmuş marixuana, 29.343 qr heroin, 25.34 qr tiryək, 26 ədəd çətənə kolu və 215 çətənə şitili qanunsuz dövriyyədən çxarılıb. Həmçinin yabanı halda bitmiş ümumi çəkisi 2 ton 247 kq olan 4510 ədəd çətənə kolu yandırılaraq məhv edilib. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti