Paşinyan: “KTMT Qarabağla bağlı təzyiq alətini işə salmalıdır”

  06 Dekabr 2018    Oxunub : 4477
 Paşinyan: “KTMT Qarabağla bağlı təzyiq alətini işə salmalıdır”
“KTMT-nin baş katibi vəzifəsi ilə bağlı məsələ təşkilata üzv dövlətlərin qarşılıqlı öhdəliklərinə dair yaranmış problemlərin müzakirəsi üçün sadəcə bir bəhanədir. Biz bilməliyik ki, kimə güvənə bilərik, kimə isə yox”
Azvision.az xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Sankt-Peterburqdakı erməni cəmiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, əslində baş katib məsələsi ətrafında yaranan gərginlik İrəvan üçün az əhəmiyyətlidir. Çünki Ermənistanın bir nömrəli prioriteti odur ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı KTMT Azərbaycana qarşı təzyiq rıçaqından istifadə etsin.

“Əminəm ki, KTMT Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək istəyinin qarşısını ala bilər. Və sual yaranır: KTMT özünün bu alətindən (Azərbaycana təzyiq) istifadə edəcək, ya yox? Bu sual bizim üçün strateji əhəmiyyət kəsb edir. Baş katib məsələsi isə ikinci, hətta 50-ci dərəcəli məsələdir. Qoy orda əbədiyyən Belarus nümayəndəsi olsun, amma bir şərtlə ki, bu halda bizim bütün qarşılıqlı öhdəliklərimiz yerinə yetirilsin. Bizə formal statuslar lazım deyil” – Paşinyan vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Paşinyan   KTMT