XİN rəhbəri Paolo Qrimoldi ilə görüşüb

XİN rəhbəri Paolo Qrimoldi ilə görüşüb
  06 Dekabr 2018    Oxunub:1605
Xarici işlər naziri Elmar Məmmədyarov Milan səfəri çərçivəsində ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri Paolo Qrimoldi ilə görüşüb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan- İtaliya strateji tərəfdaşlığı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları, iki ölkə arasında parlamentlərarası əlaqələr və ATƏT PA çərçivəsində əməkdaşlıq mövzuları müzakirə edilib.

Tərəflər Azərbaycanın bölgədə rolu, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, xüsusilə də Cənubi Qaz Dəhlizi layihəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Azvision.az




Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti