DYP Astarada reyd keçirdi: 20-yə yaxın sürcü cərimələndi

  07 Dekabr 2018    Oxunub : 1921
 DYP Astarada reyd keçirdi: 20-yə yaxın sürcü cərimələndi
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az-a verilən məlumata görə, reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi.



Reyd zamanı 20-yə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.



Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.

Azvision.az

Teqlər: DYP   Astara