Siyavuş Novruzov azərbaycanlı iş adamlarını tənqid etdi

 Siyavuş Novruzov azərbaycanlı iş adamlarını tənqid etdi
  07 Dekabr 2018    Oxunub:2862
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını tənqid edib.
Azvision.az xəbər verir ki, S.Novruzov onları fəaliyyətsizlikdə ittiham edib.

“Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var. Bu münasibətlərdən ən çox bəhrələnən kimdir? Rusiyada bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılar. Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır? Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər. Rusiyada azərbaycanlılara qarşı hər hansı polis hücumu, başqa hərəkətlər yoxdur. Əksinə orada “Milyonerlər İttifaqı” yaradır, anti-Azərbaycan mövqeyi tuturlar. Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstərir, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir”, - deyə YAP rəsmisi çıxışında vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti