Daha 13 rayon üzrə 1404 arıçıya subsidiya verəcək

  07 Dekabr 2018    Oxunub : 624
 Daha 13 rayon üzrə 1404 arıçıya subsidiya verəcək
Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda 13 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1404 arıçıya saxladıqları 37393 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 373930 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (https://azvision.az/redirect.php?url=http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Qeyd edək ki, iclasda aşağıdakı rayonlar üzrə arıçılara subsidiyalar verilməsi barədə qərar qəbul olunub:

1.Abşeron - 20 nəfər- 570 arı ailəsi-5700 manat
2.Ağsu - 347 nəfər- 7705 arı ailəsi-77050 manat
3.Astara - 87 nəfər- 2974 arı ailəsi-29740 manat
4.Biləsuvar - 8 nəfər- 748 arı ailəsi-7480 manat
5.Kürdəmir - 28 nəfər- 696 arı ailəsi-6960 manat
6.Laçın - 76 nəfər- 1324 arı ailəsi-13240 manat
7.Masallı - 90 nəfər- 2244 arı ailəsi-22440 manat
8.Qax - 387 nəfər- 10414 arı ailəsi-104140 manat
9.Qubadlı - 75 nəfər- 3327 arı ailəsi-33270 manat
10.Saatlı - 12 nəfər- 380 arı ailəsi-3800 manat
11.Şəmkir - 192 nəfər- 4564 arı ailəsi-45640 manat
12.Zəngilan - 17 nəfər - 947 arı ailəsi-9470 manat
13.Ağdaş - 65 nəfər- 1500 arı ailəsi-15000 manat

Cəmi: 1404 nəfər / 37393 arı ailəsi / 373930 manat

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

Qeyd edək ki, iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edir. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Azvision.az

Teqlər: Nazirlik   Arıçı   Subsidiya