"Fərqliyik, Bərabərik" filmi təqdim olunub

"Fərqliyik, Bərabərik" filmi təqdim olunub
  07 Dekabr 2018    Oxunub:2407
Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatı İnkişaf Ptoqramı (UNDP), UNİCEF, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və ASAN Radionun birgə əməkdaşlığı ilə ərsəyə gələn "Fərqliyik, Bərabərik" adlı filmin təqdimatı olub.
Azvision.az xəbər verir ki, təqdimat mərasimində Aİ-nin Azərbaycan Respublikasındakı səfiri Kestutis Yankauskas, UNDP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev və digər qonaqlar iştirak ediblər.

Məlumat verilib ki, 12 dəqiqəlik film ərzində layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətimizin üzvləri hesab edilməli olduğu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğu, digərləri ilə birgə təhsil ala biləcəyi, əlilliyin həyatdan zövq almağa maneə olmadığı vurğulanır.

Qeyd edək ki, hazırda Aİ tərəfindən maliyyələşdirilən digər layihələr də keçirilir. Bunlar UNİCEF tərəfindən "Azərbaycanda İnklüziv Təhsilin Genişləndirilməsi", UNDP tərəfindən "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqların artırılması" layihələridir.






Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti