Bakıda ən ucuz yolka 5 manatdır - REPORTAJ (FOTOLAR)

  07 Dekabr 2018    Oxunub : 7558
 Bakıda ən ucuz yolka 5 manatdır - REPORTAJ (FOTOLAR)
Bakıda yeni il münasibətilə bayram yarmarkaları fəaliyyətə başlayıb. Artıq bir neçə ərazidə çadırlar qurulub, alış-verişə start verilib. Bayram yarmarkaları əsasən metro stansiyalarına yaxın ərazilərdə yerləşir.
Bayram yarmarkalarının açılmasında məqsəd Yeni il ərəfəsində küçələrdə pərakəndə satışın qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.

Azvision.az-ın əməkdaşı "28 May" metrostansiyasının yaxınlığında açılan yarmarkalara baş çəkərək qiymətlərlə maraqlanıb.



Bayram çadrlarında əsasən Yeni il atributları - Şam ağacı (Yolka), Şaxta baba, Qar qız oyuncaqları və digər aksesurlar satışa çıxarılıb. Satıcılar deyirlər ki, ən ucuz yolka 5 manata, ən bahalısı isə 100-150-200 AZN-dir.



Bayram yolkalarının bəzədilməsində istifadə edilən aksesuarların qiymətləri görünüşündən və ölçüsündən, o cümlədən keyfiyyətindən asılı olaraq dəyişir. Nisbətən sadə görünüşlü, balaca bir bəzəyi 1 manata, 1.50 manata ala bilərsiniz. Ölçülər və kefiyyət artdıqca qiymətlər də 3-4-6-8, hətta 40-150 manata qalxır.



Ümumilikdə, ən ucuz suvenir 1, ən bahalısı isə 15-25-30 manata alıcılara təklif edilir. 60 manata Şaxta babanın nisbətən iri fiqrunu almaq olar.

Satıcıların sözlərinə görə, hazırda alıcı aktivliyi nisbətən zəifdir. Bayrama bir həftə qalmış canlanma müşahidə ediləcək. Hazırda sakinlər daha çox qiymətlərlə maraqlanmaq üçün yarmarkalara baş çəkirlər. Real alıcılar isə qiyməti ucuz olan məhsullara üstünlük verirlər.

































Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az

Foto


Teqlər: