Niyazi Bayramov Gent şəhərində
Görüşdə Azərbaycan və Belçika arasındakı ikitərəfli əlaqələrdən məmnunluq ifadə olunub. Görüşdə Gəncə ilə Gent şəhərləri arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Gent şəhəri 2022-ci il üçün Avropanın Gənclər Paytaxtı layihəsinə öz namizədliyini irəli sürmək niyyətindədir. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin bu istiqamətdəki müvafiq təcrübəsi öyənilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dəvətə görə nümayəndə heyəti adından Gent şəhərinin gələcək meri cənab Matias de Klarka təşəkkürünü bildirib, müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Qeyd edək ki, Gent şəhəri 260.000 nəfər əhalisi olan, geniş turistik imkanlarına malik Belçikanın üçüncü böyük şəhəridir. Gent - Şimali Avropanın ən varlı və böyük şəhərlərindən biridir.
Azvision.az