Səhiyyə naziri qəbul keçirib

Səhiyyə naziri qəbul keçirib
  07 Dekabr 2018    Oxunub:1140
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağı müraciətlərinin həllinə kömək göstərirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, növbəti belə qəbul dekabrın 7-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında keçirilib. Qəbul zamanı nazir Oqtay Şirəliyev Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşların sağlamlıq problemləri, işlə təminat və digər bu kimi məsələlərlə bağlı müraciətlərini dinləyib.

Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan problemlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Azvision.az


Teqlər: Nazir   Qəbul  





Xəbər lenti