Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb
  07 Dekabr 2018    Oxunub:1369
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, dekabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 237 kubmetr olmaqla ongünlük normanın 151 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 109 kubmetr təşkil etməklə ongünlük normanın 142 faizinə bərabərdir.

Dekabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 5, Şirvanda 16, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 434, Şirvanda 309, Salyanda 265, Bankədə 247, Araz çayının Novruzlu məntəqəsində isə 155 santimetrə bərabərdir.

Azvision.az



Teqlər: ETSN   Çay  





Xəbər lenti