BNA əməkdaşına hücum edən şəxs peşmandır - VİDEO

  07 Dekabr 2018    Oxunub : 3624
 BNA əməkdaşına hücum edən şəxs peşmandır - VİDEO
Bakı Nəqliyyat Agentliyinin (BNA) dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.
BNA-dan Azvision.az-a verilən məlumata görə, səmimi etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.



Qeyd edək ki, hadisə iki gün əvvəl “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

Azvision.az

Teqlər: BNA