Naxçıvanda 13 müəllim deputatdır

 Naxçıvanda 13 müəllim deputatdır
  08 Dekabr 2018    Oxunub:2452
Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib.
Azvision.az xəbər verir ki, konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, , muxtar respublikanın təhsil müəssisələrində şagird, tələbə və müəllimlərin vahid geyim formasından istifadə etməsi tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərib.

Nazir qeyd edib ki, 2018-ci ildən pedaqoji kadrların müsabiqə yolu ilə işə qəbulu gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb.

"Hazırda muxtarrespublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 80 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib. Müəllimlərin ictimai fəallığı da artmışdır. Belə ki, muxtar respublika müəllimlərindən 13-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamları ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqları və dərssaatları artırılıb" -, deyə təhsil naziri vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Müəllim  





Xəbər lenti