Ofşor zonaları ilə bağlı siyahıya dəyişiklik edildi

Ofşor zonaları ilə bağlı siyahıya dəyişiklik edildi
  08 Dekabr 2018    Oxunub:1637
Baş nazir Novruz Məmmədov “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci il 6 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 115) ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın 9-cu və 17-ci hissələri ləğv edilib.

Belə ki, qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Azvision.az


Teqlər: Ofşor  





Xəbər lenti