"Paşinyan Koçaryandan qisas alır" - Respublika partiyası

  08 Dekabr 2018    Oxunub : 3542
"Paşinyan Koçaryandan qisas alır" - Respublika partiyası
Ermənistan Respublika partiyasının icraçı orqanı Apellyasiya Məhkəməsinin Robert Koçaryanın həbs edilməsi haqqında qəbul etdiyi qərarla bağlı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda deyilir:

"Gözlənildiyi kimi, Apellyasiya Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdi. Bu qərarın qanuna heç bir aidiyyatı yoxdur və qərar siyasi sifarişdir. Görünür, hakimiyyət və Nikol Paşinyan seçkiqabağı dövrdə Koçaryanı həbs etdirməklə siyasi opponentlərinə güc nümayişi göstərmək, ölkədə qorxu atmosferini möhkəmləndirmək məqsədi güdür. Demək ki, bu Paşinyanın şəxsi qisasıdır. Belədirsə daha artıq ifadə işlətməyə ehtiyac yoxdur.

Qeyd etmək lazımdır ki, N.Paşinyan təhdid və başqa üsullarla, bütün mümkün konstitusiya normalarını pozaraq məhkəmlərin fəaliyyətinə müdaxilə edir. Həmçinin aydındır ki, məhkəmə hakimiyyəti özünün bütün instansiyaları ilə icra hakimiyyətinin əlavəsinə çevrilib və siyasi hakimiyyətin sifarişini yerinə yetirir.

Ən təhlükəli metod - hədə-qorxu vasitəsi ilə həbsdir. Çoxsaylı hakimiyyət nümayəndələri dəfələrlə bəyan edib ki, həbs-qətimkan tədbirini müstəsna hallarda tətbiq etmək lazımdır. Koçaryanın həbsi şantaj və hədə-qorxu vasitəsilə olub. Bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərləri arasında telefon danışıqlarının məzmunu açıq şəkildə sübut edir".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ermənistan