Hindistanda avtobus dərəyə aşıb - 11 ölü

Hindistanda avtobus dərəyə aşıb -  11 ölü
  08 Dekabr 2018    Oxunub:4292
Hindistanın Punç vilayətində sərnişin avtobusu dərəyə aşıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ən azı 11 nəfər həlak olub. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus 100 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qəza   Hindistan  





Xəbər lenti