Sarkisyanın qardaşı oğlu belə həbs olundu - VİDEO

  08 Dekabr 2018    Oxunub : 11112
 Sarkisyanın qardaşı oğlu belə həbs olundu - VİDEO
Ermənistan polisi ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu, beynəlxalq axtarışa verilən Narek Sarkisyanın tapılması və həbs edilməsinin təfərrüatlarının göstərildiyi video material yayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Narek Sarkisyan Ermənistan polisinin “İnterpol”la və xarici həmkarları ilə həyata keçirdikləri birgə iş nəticəsində 6 dekabrda Çexiyanın paytaxtı Praqada həbs olunub.

O, həbsdən yayınmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına Qvatemalanın vətəndaşı Franklin Qonzales adına saxta kimlik təqdim edib. Lakin yalanı üzə çıxıb və həbs edilib.

Axtarışda olan Narek Sarkisyanın ekstradisiyası üçün Ermənistanın Baş Prokurorluğuna onun saxlanılması barədə məlumat verilib.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   İnterpol