İki ölkə arasında “Huawei” qalmaqalı: Səfir XİN-ə çağırıldı

İki ölkə arasında “Huawei” qalmaqalı:  Səfir XİN-ə çağırıldı
  09 Dekabr 2018    Oxunub:4698
Kanadanın Pekindəki səfiri “Huawei” şirkətinin maliyyə direktoru Men Vancounun saxlanılması ilə əlaqədar Çinin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, XİN rəhbərinin müavini Le Yuçen ölkəsinin rəsmi etirazını Kanada səfirinə bildirib.

“Huawei” şirkətinin maliyyə direktorunun dərhal sərbəst buraxılması tələb olunub. Əks halda, Kanadanın ağır nəticələrlə üz-üzə qalacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Huawei”in maliyyə məsələləri üzrə direktoru Men Vancou ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb.

Azvision.az



Teqlər: Kanada   Çin  





Xəbər lenti