Dənizdə köməksiz qalan iki balıqçı xilas edilib - FOTOLAR

 Dənizdə köməksiz qalan iki balıqçı xilas edilib -  FOTOLAR
  10 Dekabr 2018    Oxunub:3064
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) Azvision.az-a verilən məlumata görə, 2018-ci ilin 6 dekabr tarixində Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.



Sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalmış “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilib.



Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.



Azvision.az


Teqlər: DSX   Balıqçı   Xilasetmə  





Xəbər lenti