“Azərbaycan lider ölkələrdən birinə çevriləcək” - İnam Kərimov

 “Azərbaycan lider ölkələrdən birinə çevriləcək” -  İnam Kərimov
  10 Dekabr 2018    Oxunub:2706
"Ölkəmizdə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünütəminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur".
Azvision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən AgTech and Green Energy Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, innovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30% azalır, məhsuldarlıq isə 20-30% artır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50%-dək ucuzlaşması deməkdir. Mobil informasiya xidmətləri hesabına 2020-ci ilə qədər dünyanın kənd təsərrüfatında əlavə 52 milyard dollarlıq gəlir əldə olunacaq.

İ.Kərimov qeyd edib ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu lider ölkələrdən birinə çevriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazir   Forum  





Xəbər lenti