“Həmin şəxslərin özləri də girov götürülüb” - Eldar Səmədov

 “Həmin şəxslərin özləri də girov götürülüb” -  Eldar Səmədov
  10 Dekabr 2018    Oxunub:2008
"Bəzən intensiv hərbi əməliyyatların getdiyi dövrlərdə yaxınları əsir, girov götürülümüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının müəyyən hissəsi özfəaliyyətlə məşğul olaraq Gürcüstan ərazisinə gedib, orada ermənilərlə danışıqlara giriblər və nəticəsi çox faciəli olub"
Azvision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Komissiya rəsmisi bildirib ki, bu görüşlər nəticəsində həmin şəxslərin özləri də girov götürülüb. "Vətəndaşlara həmişə bir şeyi təlqin edirik ki, heç vaxt dövlət orqanları ilə razılaşdırılmamış addım atmasınlar".

Aytən Zəhra
Azvision.az



Teqlər: Eldar-Səmədov   Komissiya  





Xəbər lenti