“Qurban Qurbanovun istefasına çox sevinirəm” - Deputat

“Qurban Qurbanovun istefasına çox sevinirəm” -  Deputat
  10 Dekabr 2018    Oxunub:8260
“Qurban Qurbanov özündən möcüzə yarada bilməz. Yaxşı komanda əziyyət və vaxt tələb edir”
Bu barədə Azvision.az-a millət vəkili Aqil Abbas futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun istefasına münasibət bildirərkən deyib. Deputat Qurbanovun gedişini müsbət qarşıladığını bildirib.

“Qurban Qurbanovun istefasına çox sevinirəm. Çünki Azərbaycan yığma komandasını yaratmaq üçün oyunçu qıtlığı var. O, millini heç cürə bir yerə yığa bilmirdi. Komanda yığmaq üçün Qurbana aşağısı bir neçə il vaxt lazım idi. Yığmanın keçmiş baş məşqçisi Berti Foqts 6 il ərzində heç nə edə bilmədi. Amma onu o dəqiqə çıxartmadılar. Hətta bir dəfə çıxarmaq istədilər, Avropa qəzetlərində bizi şantaj etməyə başladı. Dövrümüzün həzrəti Musası sayılan Qurban Qurbanov özündən necə möcüzə etsin? Gərək yaxşı oyunçu olsun”.

Millət vəkili qeyd edib ki, Q.Qurbanov “Qarabağ” komandası ilə Avropaya Azərbaycanın futbol mədəniyyətini göstərib.

“Dünyaya həm Azərbaycan futbolunu, həm də “Qarabağ”ı tanıtdı. İnanıram ki, öz komanadası ilə Avropa kubokunu da ölkəmizə gətirəcək. O, “Qarabağ”ı dərhal Avropaya aparmadı ki. İllərlə əziyyət çəkdi, komandanı düzəltdi. Gərək millidə ona vaxt verəydilər”.

Şahan Rəhimli
Azvision.az



Teqlər: Qurban-Qurbanov  





Xəbər lenti