Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
  10 Dekabr 2018    Oxunub:1752
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 130-180 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 247 kubmetr olmaqla ongünlük normanın 157 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 6 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 94 kubmetr təşkil etməklə ongünlük normanın 122 faizinə bərabərdir.

Dekabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 santimetr artım, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr azalma qeydə alınıb. Lakin Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 442, Şirvanda 327, Bankədə 251, Araz çayının Novruzlu məntəqəsində isə 140 santimetrə bərabərdir.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti