Axtarışda olan 24 nəfər saxlanılıb

 Axtarışda olan 24 nəfər saxlanılıb
  11 Dekabr 2018    Oxunub:1701
Ötən gün Azərbaycanda 102 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti