“Türkiyəli ekspertlərlə birgə yeni layihə hazırlayırıq” - İnam Kərimov
Nazir qeyd edib ki, ötən gün türkiyəli həmkarı ilə görüşdə bir sıra prioritet istiqamətlər müəyyən edilib: "Xüsusilə, fındıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, texnologiyaların transferi, innovasiyaların tətbiqi, o cümlədən heyvandarlıq və bitkiçilik sahəsində müzakirələr aparılıb. Həmçinin, aqrar sığorta sahəsində Türkiyənin təcrübəsindən bəhrələnmək müzakirə edilib".
Azərbaycanda aqrar sığortanın tətbiqinə gəlincə nazir bildirib: "Bu gün Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla Türkiyəli ekspertlərlə birgə yeni layihə hazırlayırıq. Ümid edirəm layihə tezliklə yekunlaşacaq və tətbiqi ilə bağlı son qərar qəbul ediləcək".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: İnam-Kərimov