Naxçıvanda 6 mindən çox qız idmanla məşğul olur
Ali Məclisin sədri qedy edib ki, hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur: "Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur. Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər".
Azvision.az
Teqlər: Vasif-Talıbov Naxçıvan Müşavirə