Rusiyadan gələn maşında xeyli sayda güllə tapıldı - FOTO

Rusiyadan gələn maşında xeyli sayda güllə tapıldı -  FOTO
  11 Dekabr 2018    Oxunub:6702
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi “Lexus LX 570” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının arasındakı qolaltı sandıqçada olan bir ədəd şəffaf politelin paketin içərisindən arxa tərəfində “9 mm Luger” yazıları olan 75 ədəd güllə aşkarlanıb. Faktla bağla araşdırma aparılır.





Azvision.az


Teqlər: DGK   Güllə  





Xəbər lenti