İnsan alverinə qarşı mübarizə müzakirə edilib
Görüşün məqsədi Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2019-2023-cü illər üçün yeni Milli Fəaliyyət Planının hazırlanması istiqamətində Azərbaycan Hökumətinə dəstək vermək, rəy və təkliflər hazırlamaqdır.
Görüşdə 2014-2018-ci illəri əhatə edən hazırkı və başa çatmaqda olan Milli Fəaliyyət Planında Dövlət Gömrük Komitəsinin məsul icraçı olduğu fəaliyyət istiqamətləri, insan alverçilərinin, insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Azvision.az